26
Hindistanda Qanq çayında qayığın batması nəticəsində azı 13 uşaq həlak olub.
Ucnoqta.az xəbər verir ki, hadisə ölkənin şimal-şərqində yerləşən Bihar ştatının Vaişali rayonunda baş verib.
Yerli administrasiyanın rəhbəri Varşi Sinqhin jurnalistlərə verdiyi məlumata görə, hadisə zamanı qayıqda əsasən uşaqlar olmaqla 15-20 nəfər olub. Həlak olanların hamısı 15 yaşdan kiçik uşaqlardır.
Məlumata görə, sərnişinlər çayın digər sahilində yerləşən kənddə keçirilən bayrama gedərkən qayıq aşıb.
Hadisə yerində axtarış-xilasetmə əməliyyatı davam edir.
İndiyədək yeddi uşaq xilas edilib. Onlar xəstəxanaya yerləşdirilib və vəziyyətlərinin stabil olduğu bildirilir.
