33
Rusiya ordusu ötən gün ərzində 1 650 hərbçi və 2 tank itirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, 2022-ci il fevralın 24-dən 2026-cı il oktyabrın 14-dək Rusiya ordusunun ümumi canlı qüvvə itkisi təxminən 1 milyon 557 min 350 nəfərə çatıb.
Son sutka ərzində Rusiya ordusunun digər itkiləri isə belə olub:
54 artilleriya sistemi;
1 zirehli döyüş maşını;
1 reaktiv yaylım atəşi sistemi;
1 827 operativ-taktiki pilotsuz uçuş aparatı;
371 avtomobil və yanacaq çəni;
9 yerüstü robot kompleksi;
5 xüsusi təyinatlı texnika.
İtkilərlə bağlı rəqəmlər dəqiqləşdirilir.
