25
ABŞ-da təlim uçuşu zamanı kiçik təyyarə ilə polis helikopteri toqquşub.
Ucnoqta.az xəbər verir ki, hadisə nəticəsində təyyarənin pilotu ölüb, iki polis əməkdaşı yaralanıb.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, hadisə Karlayl hava limanında təlimlər zamanı baş verib. Polisə məxsus Bell 407 helikopteri uçuş-enmə zolağının yaxınlığında yerdən bir neçə metr yüksəklikdə havada dayanıb.
Bu zaman Cessna 150 təyyarəsi yüksək sürətlə helikopterə çırpılıb. Təyyarə helikopterin quyruq və əsas pərlərindən birinə toxunub. Toqquşmadan sonra hər iki hava gəmisi yerə düşüb.
Qəza nəticəsində təyyarənin pilotu həyatını itirib, helikopterdə olan iki polis əməkdaşı isə xəsarət alaraq xəstəxanaya yerləşdirilib.///shot
