İraq gündəlik olaraq ölkənin cənubundakı limanlardan dünya bazarına 2,1 milyon barelə qədər neft çıxarır.
Ucnoqta.az bildirir ki, bu barədə İraq Neft Nazirliyinin nümayəndəsi Səlim ər-Rikabi məlumat verib.
Onun sözlərinə görə, hazırda Cənub limanları vasitəsilə gündə 2–2,1 milyon barel neft ixrac olunur. Bundan əlavə, gündəlik 150 min barel xam neft Türkiyənin Aralıq dənizi sahilində yerləşən Ceyhan limanı vasitəsilə dünya bazarlarına göndərilir.
Rikabi bildirib ki, Ceyhan istiqamətində ixracın həcmi davamlı artır və nazirlik neft kəmərinin ötürücülük qabiliyyətini gündə 750 min barelə çatdırmağı planlaşdırır.
Bundan başqa, İraq hökuməti ölkənin ixrac imkanlarını genişləndirmək üçün yeni neft kəmərlərinin tikintisi ilə bağlı planlar hazırlayır.
