28
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina təhlükəsinin aradan qaldırılması istiqamətində əməliyyatlar davam etdirilir.
Ucnoqta.az xəbər verir ki, ANAMA-nın məlumatına görə, 28 sentyabr–4 oktyabr tarixlərində aparılan minatəmizləmə işləri zamanı 254 piyada əleyhinə mina, 31 tank əleyhinə mina və 838 partlamamış hərbi sursat aşkarlanıb.
Hesabat həftəsində ümumilikdə 1123 mina və PHS müəyyən edilərək zərərsizləşdirmə işlərinə cəlb olunub.
Eyni zamanda, həftə ərzində 1144,9 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
