41
İspaniyanın Baş naziri Pedro Sançes növbədənkənar parlament seçkilərinin noyabrın 29-da keçiriləcəyini açıqlayıb.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Sançes bildirib ki, bu səhər Nazirlər Şurasının növbədənkənar iclasının keçirilməsi, parlamentin – Baş Kortezlərin buraxılması və qanunla müəyyən edilmiş müddətlərə uyğun olaraq ümumi seçkilərin təyin edilməsi barədə qərar qəbul edib.
“Daha çox iş görmək üçün vətəndaşların dəstəyini yeniləməli və genişləndirməliyik”, – deyə baş nazir vurğulayıb.
Qeyd edək ki, İspaniyada növbəti parlament seçkilərinin 2027-ci ildə keçirilməsi planlaşdırılırdı.
