72
Yəmən hökumət qüvvələri Bab əl-Məndəb boğazının yaxınlığında yerləşən Zubab rayonuna nəzarəti bərpa edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Səudiyyənin “Al Arabiya” telekanalı məlumat yayıb.
Məlumata görə, Yəmənin “Əl-Əmaliqa” (“Nəhənglər briqadası”) və “Dar əl-Vətən” (“Vətənin qalxanı”) bölmələri üsyançı “Ənsar Allah” hərəkatının (husilər) dəstələrini rayondan çıxarıb.
Qeyd olunur ki, hökumət qüvvələri aviasiyanın dəstəyi ilə rəqib mövqelərini Kəhbub dağları istiqamətindən keçərək mühasirəyə alıb.
Hərbi mənbələrin telekanala verdiyi məlumata görə, Zubabın ələ keçirilməsindən əvvəl rayonda şiddətli döyüşlər gedib. Hücum nəticəsində Yəmən ordusu husilərin təchizat xətlərini demək olar ki, tamamilə kəsə bilib.
