73
ABŞ tərəfindən saxlanılan Venesuela lideri Nikolas Maduronun həyat yoldaşı Siliya Flores ürəyindəki problem səbəbindən əməliyyat olunmalıdır.
Ucnoqta.az xəbər verir ki, bu barədə onun oğlu Nikolas Maduro Gerra Agence France-Presse-ə (AFP) bildirib.
Onun sözlərinə görə, 15 oktyabrda 70 yaşı tamam olacaq Floresdə ürək qapağının prolapsı aşkarlanıb. Oğlu əməliyyatdan sonra onun tam sağalması üçün həbsxanada lazımi şəraitin olmadığını deyib.
Floresin əməliyyatının nə vaxt keçiriləcəyi barədə məlumat verilməyib.
