69
AJet aviaşirkətinə məxsus Ankaradan Şanlıurfaya uçan sərnişin təyyarəsində bomba olması barədə qeyd aşkarlanıb.
Ucnoqta.az xəbər verir ki, Şanlıurfa valisi Həsən Şıldakın “X” hesabında verdiyi məlumata görə, hadisə 5 oktyabrda yerli vaxtla saat 19:00-da Ankaradan havaya qalxan 4180 saylı reysdə baş verib. Təyyarə saat 20:05-də Şanlıurfa GAP hava limanına enib.
Bildirilib ki, təyyarədə 136 sərnişin və 7 ekipaj üzvü olub. Sərnişin və ekipajın təhlükəsiz şəkildə təxliyəsi üçün bütün zəruri tədbirlər görülüb.
Təyyarə boşaldıldıqdan sonra təhlükəsizlik qüvvələri göyərtədə partlayıcı maddənin olub-olmadığını yoxlayacaq.
