29
MDB dövlət başçılarının Türkmənistanda keçiriləcək sammitində təşkilatın yaradılmasının 35-ci ildönümü ilə bağlı bəyanatın qəbul edilməsi planlaşdırılır.
Ucnoqta.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinin materiallarında bildirilib.
Bəyanatda MDB-nin fəaliyyətinə yüksək qiymət verilməsi və Birlik formatında konstruktiv əməkdaşlığın inkişaf etdirilməsinə dair ümumi mövqenin təsdiqlənməsi nəzərdə tutulur.
Bundan əlavə, sammitdə MDB və üzv dövlətlərin informasiya məkanında müsbət imicinin formalaşdırılması ilə bağlı tədbirlərə dair qərarın qəbul edilməsi planlaşdırılır.
