ABŞ Arktikada hərbi mövcudluğunu genişləndirməyi planlaşdırır və təhlükəsizlik sahəsində İslandiya ilə əməkdaşlığın dərinləşdirilməsi imkanlarını nəzərdən keçirir.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubionun İslandiyaya səfərinin yekunları ilə bağlı “The Wall Street Journal” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, ötən ay Qrenlandiya ilə bağlı əldə olunan razılaşma ABŞ Prezidenti Donald Trampın adaya nəzarətlə bağlı tələblərini tam təmin etməsə də, ABŞ-ın hərbi mövcudluğunun genişləndirilməsi üçün yeni imkanlar yaradıb.
Qəzet qeyd edir ki, bu, İslandiyanın strateji əhəmiyyətini daha da artıra bilər. Ölkənin Qrenlandiyada və Şimali Atlantikada əməliyyatların həyata keçirilməsi üçün aerodromları, limanları və müşahidə infrastrukturu mövcuddur.
