27
ABŞ administrasiyası 2026-cı ildə şirkətlərə təxminən 180 milyard dollar məbləğində gömrük rüsumunu geri qaytarmağa məcbur olub.
Ucnoqta.az xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Skott Bessent Pensilvaniyada keçirilən tədbirdə deyib.
“2025-ci ildə ÜDM-ə nisbətdə büdcə kəsirini azaltdıq. Lakin bu il gömrük rüsumlarından əldə olunan 180 milyard dollarlıq gəliri geri qaytarmalı oldum”, – Bessent bildirib.
Nazir əlavə edib ki, belə halın bir daha təkrarlanmayacağını düşünür. Onun sözlərinə görə, ABŞ büdcə kəsirini və dövlət borcunu azaltmağa davam edəcək.
