61
ABŞ prezidenti Donald Tramp ölkənin B-1 strateji bombardmançılarının Britaniyanın Feyrford aviabazasından çıxarılmasının onlara qarşı təhdidlərlə əlaqəli olduğunu bildirib.
Ucnoqta.az xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib ki, bombardmançıların bazadan çıxarılması təsadüfi olmayıb.
“Onlar oradan təsadüfən uçub getməyiblər. Bəzi təhdidlər var idi”, – deyə ABŞ prezidenti bildirib.
Tramp həmin mümkün təhdidlərin İranla əlaqəli ola biləcəyini də iddia edib. Onun sözlərinə görə, bu vəziyyətdə İranın mümkün iştirakı barədə danışmaq üçün əsaslar var.
