Rusiya ordusu itkilər statistikasını artırmaqda davam edir. Tammiqyaslı müharibənin başlanmasından bəri itkilərin sayı 1 542 720 nəfərə çatıb.
Ucnoqta.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının 5 oktyabr tarixli hesabatına görə, son sutkada Rusiya tərəfi 2 020 hərbçisini itirib.
24 fevral 2022-ci ildən 5 oktyabr 2026-cı ilədək düşmənin ümumi döyüş itkiləri:
şəxsi heyət – təxminən 1 542 720 nəfər (+2 020);
tanklar – 12 393 ədəd (+2);
zirehli döyüş maşınları – 25 487 ədəd (+4);
artilleriya sistemləri – 50 733 ədəd (+47);
reaktiv yaylım atəş sistemləri (RСЗО) – 2 182 ədəd (+3);
hava hücumundan müdafiə vasitələri – 1 688 ədəd (+2);
təyyarələr – 443 ədəd (+0);
helikopterlər – 356 ədəd (+0);
yerüstü robototexniki komplekslər – 2 859 ədəd (+22);
operativ-taktiki səviyyəli pilotsuz uçuş aparatları (PUA) – 548 095 ədəd (+1 855);
qanadlı raketlər – 5 126 ədəd (+0);
gəmilər – 35 ədəd (+0);
sualtı qayıqlar – 2 ədəd (+0);
avtomobil texnikası və yanacaq çənləri – 157 985 ədəd (+727);
xüsusi texnika – 4 793 ədəd (+5).
