32
İspaniyada parlament buraxılıb və növbədənkənar ümumi seçkilərin keçirilməsi barədə qərar rəsmən elan olunub.
Ucnoqta.az xəbər verir ki, Kral fərmanı ilə 2023-cü il iyulun 23-də seçilmiş Deputatlar Konqresi və Senat buraxılıb. Hər iki palataya seçkilər 29 noyabr 2026-cı ildə keçiriləcək.
Seçki kampaniyası noyabrın 13-dən 27-dək davam edəcək.
Növbəti parlament seçkilərinin 2027-ci ildə keçirilməsi planlaşdırılırdı. Lakin Baş nazir Pedro Sançes oktyabrın 5-də növbədənkənar seçkilərin keçirilməsi barədə qərarını açıqlayıb.
Qərara oktyabrın 2-də hökumətin mənzil sahəsində hazırladığı iki dekretin Deputatlar Konqresində dəstəklənməməsindən sonra gəlinib.
