32
Suriyanın şimal-şərqində qaz kəmərinə hücum nəticəsində yanğın baş verib.
Ucnoqta.az xəbər verir ki, SANA agentliyinin məlumatına görə, hadisə Həsəkə vilayətində, Əş-Şəddadi şəhərindən təxminən 60 kilometr məsafədə yerləşən Əl-Cəbsa qaz kəmərində qeydə alınıb.
Hadisədən sonra kəmərin zədələnmiş hissəsi təcrid edilib. Müvafiq xidmətlər yanğının söndürülməsi və ərazinin təhlükəsizliyinin təmin olunması üçün tədbirlər görür. Xəsarət alanlar barədə məlumat verilməyib.
