32
ABŞ İrana qarşı sanksiyaları genişləndirərək 10 hüquqi və 16 fiziki şəxsi, həmçinin Kuba bankını məhdudiyyətlər siyahısına daxil edib.
Ucnoqta.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, Kuba bankı Banco Internacional de Comercio İranın maliyyə qurumlarına xidmət göstərdiyi iddiası ilə sanksiyaya məruz qalıb. Məhdudiyyətlər İran, İraq və Honq-Konqda qeydiyyatdan keçmiş qurumlara da şamil edilib. Sanksiya siyahısındakı fiziki şəxslərin hamısı İran vətəndaşlarıdır.
Bununla yanaşı, ABŞ oktyabrın 30-dək İraqdakı International Development Bank ilə bağlı bəzi əməliyyatların tamamlanmasına icazə verib.
