Oktyabrın 16-sı üçün bütün bürclərin ulduz falı hazırlanıb.
Ucnoqta.az bildirir ki, ulduzlar nikbinlik və xoş fürsətlərlə dolu uğurlu gün vəd edir. Əvvəllər çətin görünən işlərin öhdəsindən gələ, ətrafınızdakı insanların bir-biri ilə daha asan anlaşdığını müşahidə edə bilərsiniz.
Qoç
Yaxşılıq edərkən qarşılıq gözləməyin. Səmimi niyyətlə etdiyiniz yaxşılıqlar gec-tez sizə qayıdacaq. Maddi marağı ön plana çıxarmaq isə əks nəticə verə bilər.
Buğa
Bu gün göstərəcəyiniz təşəbbüs rəhbərlik tərəfindən yüksək qiymətləndirilə bilər. İşlə bağlı vacib məsələlərdə öz təkliflərinizi irəli sürməkdən çəkinməyin və onların həyata keçirilməsi üçün addımlar atın.
Əkizlər
Bacarıqlarınızı gizlətməyin. İstedadınızı nümayiş etdirmək həm kollektivdə nüfuzunuzu artıra, həm də sizə mənəvi və xüsusilə maddi qazanc gətirə bilər.
Xərçəng
Təvazökarlıq bəzən diqqətdən kənarda qalmağınıza səbəb ola bilər. Bu gün peşəkar məsələlərlə bağlı fikirlərinizi cəsarətlə ifadə edin və həll yollarınızı təklif edin.
Şir
Uğur qazanmaq üçün həm işlərinizi, həm də şəxsi məsələlərinizi nəzarətdə saxlamalısınız. Hadisələri öz axarına buraxmaq düzgün deyil və bəzi hallarda problemlərə səbəb ola bilər.
Qız
Bu gün enerjinizin artdığını hiss edə bilərsiniz. Bu enerjini işlə və ya evlə bağlı vacib məsələlərin həllinə yönəldin. Əks halda, daxili gərginlik yaşaya bilərsiniz.
Tərəzi
Cümə günü olmasına baxmayaraq, yeni peşəkar təşəbbüslər üçün əlverişli zamandır. Uzun müddətdir düşündüyünüz layihəyə diqqət ayırın və onu həyata keçirmək üçün ilk addımı atın.
Əqrəb
Bu gün ətrafınızdakı insanlar haqqında xoş sözlər deməyə çalışın. Yaxşılığın qarşılıqsız qalmadığını və etdiyiniz münasibətin sizə də qayıda biləcəyini unutmayın.
Oxatan
Kiməsə söz verməzdən əvvəl imkanlarınızı diqqətlə qiymətləndirin. Verəcəyiniz vədə əməl edə biləcəyinizə əmin olun. Əks halda, gələcəkdə insanlar sizə inanmaqda çətinlik çəkə bilərlər.
Oğlaq
Yaxşılıq etmək üçün əlverişli gündür. Ətrafınızdakı köməyə ehtiyacı olan insanlara dəstək olun. Bu gün etdiyiniz yaxşılıq layiq olduğu dəyəri görə bilər.
Dolça
Diqqət və dəqiqlik tələb edən işlərdə uğur qazana bilərsiniz. Darıxdırıcı görünsə belə, bu işləri bu gün tamamlayaraq gələn həftənin daha vacib məsələləri üçün vaxt qazanacaqsınız.
Balıqlar
Yaradıcılıq ilhamı yeni uğurlar əldə etməyinizə kömək edə bilər. Adətən işinizdə yaradıcı yanaşmadan istifadə etməsəniz belə, bu gün fərqli düşünmək və yeni ideyalar irəli sürmək vacib olacaq.
