36
2026-cı ildə Rusiyanın hücumları nəticəsində Ukrayna biznesinə dəyən zərər artıq 7,7 milyard dollara çatıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Sergey Koretski BBC-yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, hücumlar nəticəsində bir milyon kvadratmetrdən çox daşınmaz əmlak məhv edilib və ya ciddi zərər görüb. Ən çox zərər anbarlara və logistika obyektlərinə dəyib.
Ukrayna hakimiyyəti hərbi risklərlə bağlı sığorta kompensasiyalarını təmin etmək üçün xüsusi fond yaratmağı planlaşdırır. Bunun üçün əlavə dəyər vergisinin (ƏDV) dərəcəsinin 1 faiz bəndi artırılması təklif olunur.
Məlumata görə, bu təşəbbüs artıq iri biznes nümayəndələri ilə müzakirə edilib.
