35
Litvada ABŞ ordusunun yeni kontingentinin iştirakı ilə ilk hərbi təlimlər noyabrın ortalarında keçiriləcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Baltikyanı ölkənin ordu komandanı, general Raimundas Vaykşnoras LRT dövlət teleradio portalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, ABŞ hərbçilərinin bir qismi artıq Litvaya gəlib, hərbi texnika isə yoldadır.
“İttifaq qüvvələrinin iştirakı ilə təlimlər mövsümünün noyabrın ortalarında başlayacağını planlaşdırırıq”, – deyə general qeyd edib.
