Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tehrana səfər edib. O, İranın xarici işlər naziri Abbas Əraqçi ilə Fars körfəzi regionunda gərginliyin azaldılması istiqamətində atılacaq addımları müzakirə edəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-ın müxbiri məlumat yayıb.
Səfər çərçivəsində Lavrovun İran Prezidenti Məsud Pezeşkian tərəfindən də qəbul ediləcəyi gözlənilir.
Görüşlər zamanı iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlığın möhkəmləndirilməsi üçün praktiki addımlara da xüsusi diqqət yetiriləcək.
Bundan başqa, Rusiya XİN rəhbərinin Bəhreyndə keçirdiyi və Yaxın Şərq turunun ilk dayanacağı olan Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına üzv ölkələrin nümayəndələri ilə görüşlərinin əsas nəticələri barədə İran tərəfinə məlumat verəcəyi ehtimal olunur.
