109
Parisdə keçirilən etiraz aksiyası səbəbindən Luvr muzeyinə giriş məhdudlaşdırılıb.
Ucnoqta.az xəbər verir ki, Agence France-Presse agentliyi muzey rəhbərliyinə və həmkarlar ittifaqlarına istinadən məlumat yayıb ki, aksiya lisey şagirdlərinə dəstək məqsədilə təşkil olunub.
Qeyd edək ki, Fransanın paytaxtı Parisin də yerləşdiyi İl-de-Frans regionunda sentyabrın sonlarında başlayan yuxarı sinif şagirdlərinin etirazları hazırda ölkənin digər ərazilərinə də yayılıb.
Etirazçılar dərs cədvəllərinin həddindən artıq yüklənməsinə, müəllim çatışmazlığına və təhsil sistemindəki digər problemlərə etiraz edirlər. Bəzi ərazilərdə aksiyalar iğtişaşlara və polislə toqquşmalara çevrilib.
