38
ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Ukrayna sülh danışıqlarında Vladimir Zelenskini başqa bir nümayəndə ilə əvəz etməyin vaxtının çatdığını düşünə bilər.
Ucnoqta.az xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərlə söhbəti zamanı bildirib.
“Bəlkə də Zelenskinin danışıqları aparmaq üçün başqa birini irəli sürməsinin vaxtı çatıb”, – deyə ABŞ lideri qeyd edib.
Tramp, həmçinin bildirib ki, Zelenski onun tövsiyələrinə qulaq assaydı və Ukraynadakı münaqişənin həllinə razılaşsaydı, ölkə bir milyon vətəndaşını itirməzdi.
