45
Avstraliya parlamentinin aşağı palatasının deputatı Helen Haines hücuma məruz qaldıqdan sonra ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə ABC News telekanalı məlumat yayıb.
Hadisə Avstraliyanın Viktoriya ştatının şimal-şərqində yerləşən Vanqaratta şəhərində deputatın qəbul otağının yaxınlığında baş verib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, Haines avtomobil dayanacağında olarkən onu avtomobil vurub. Nəticədə deputat ağır xəsarətlər alıb və vəziyyəti kritik qiymətləndirilir.
Hadisə yerində 43 yaşlı kişi saxlanılıb. Hazırda polis hadisə ilə bağlı araşdırma aparır. Deputatın səhhətinin son vəziyyəti və hücumun motivi barədə əlavə məlumat verilmir.
