46
Ukraynanın paytaxtı Kiyevdə və bir sıra vilayətlərdə ballistik raket təhlükəsi ilə əlaqədar “qırmızı səviyyəli” hava həyəcanı elan edilib.
Ucnoqta.az xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələri və monitorinq kanalları paytaxt istiqamətində ballistik raketlərin buraxılması barədə xəbərdarlıq edib.
Məlumata görə, Kiyevdə partlayış səsləri eşidilib. Sakinlərə sığınacaqlarda qalmaq çağırışı edilib.
