37
Fransanın Baş naziri Sebastyan Lekornü yanacaq qiymətlərinin artmasına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına qarşı həftəsonu keçiriləcək kütləvi etirazlarla əlaqədar böhran qərargahının iclasını çağırır.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Le Parisien” qəzeti məlumat yayıb.
İclasda baş nazirin kabinet rəhbərləri, daxili işlər naziri və hökumətin digər aidiyyəti üzvlərinin iştirakı gözlənilir.
Böhran qərargahının yaradılması təşəbbüsü ilə daxili işlər naziri Loran Nünez çıxış edib. O, regional prefektlər və hüquq-mühafizə orqanlarının rəhbərləri ilə keçirdiyi müşavirədən sonra baş nazirə müvafiq təkliflə müraciət edib.
