Yaponiyanın Okinava prefekturasının yeni rəhbərliyi ABŞ-a məxsus Osprey hərbi konvertoplanlarının bölgədə yerləşdirilməsinə razılıq verib. Əvvəlki administrasiya bu aparatlarla bağlı tez-tez baş verən insidentlərə görə onların istifadəsinə qarşı çıxırdı.
Ucnoqta.az xəbər verir ki, Kyodo agentliyinin məlumatına görə, Okinavanın qubernatoru Genta Kodza Naha şəhərində jurnalistlərə açıqlamasında Osprey uçuşlarının dayandırılması tələbini “realist olmayan” adlandırıb. O bildirib ki, ABŞ hərbi konvertoplanları yerli hakimiyyətin etirazlarına baxmayaraq, on ildən çoxdur Okinavada yerləşdirilib və Yaponiya Silahlı Qüvvələri ilə birgə təlimlərdə iştirak edir.
Hazırda prefekturada ABŞ Dəniz Piyadalarına məxsus 20 ədəd MV-22 Osprey konvertoplanı yerləşdirilib. 2023–2024-cü illərdə baş verən ciddi qəza səbəbindən bu aparatların uçuşları beş ay müddətinə dayandırılıb. Həmin hadisədə ABŞ-ın Kadena aviabazasına doğru uçan konvertoplan qəzaya uğrayıb və göyərtədəki səkkiz hərbçinin hamısı həlak olub.
İstismar müddətində ABŞ-ın Osprey konvertoplanları ilə bağlı insan tələfatı ilə nəticələnən ondan çox ciddi insident qeydə alınıb.
