35
Yaponiyanın Milli Meteorologiya İdarəsi Hokkaydonun şimal-şərqində güclü zəlzələ ehtimalı ilə bağlı yaydığı təcili xəbərdarlığı ləğv edib.
Ucnoqta.az xəbər verir ki, NHK telekanalının məlumatına görə, xəbərdarlıq Kamçatka sahillərində baş verən zəlzələdən sonra yerli vaxtla saat 12:36-da elan edilib. Tokio şəhərindən Hokkaydoya qədər geniş ərazidə yaşayan əhaliyə güclü yeraltı təkanların mümkünlüyü barədə məlumat verilib.
Xəbərdarlıq Tokio küçələrində quraşdırılmış səsgücləndiricilər vasitəsilə də yayımlanıb. Meteorologiya İdarəsinin saytında zəlzələnin maqnitudası 9,9, yerli hakimiyyət orqanlarının bildirişlərində isə 9,9-dan yüksək göstərilib.
NHK-nın məlumatına görə, xəbərdarlıq 12 dəqiqə sonra ləğv edilib. Hadisənin səbəbləri araşdırılır.
