Artıq çəkinin olması dadlı yeməklərdən imtina etməyi və özünü sərt pəhrizlərlə əldən salmağı tələb etmir.
Ucnoqta.az xəbər verir ki, fitnes məşqçisi Viktor Mandzyak az kalorili və dadlı üç məhsulu açıqlayıb.
Məşqçinin sözlərinə görə, artıq çəkisi olan insanlar dadlı yeməklərdən imtina etmədən də qidalanmalarına nəzarət edə bilərlər.
O, ilk növbədə konservləşdirilmiş qarğıdalını tövsiyə edib. Bu məhsulun 100 qramında təxminən 65 kilokalori var. İkinci yerdə 100 qramında təxminən 20 kilokalori olan turş kələm, üçüncü yerdə isə 100 qramında təxminən 45 kilokalori olan gavalı qərarlaşıb.
Mandzyak vurğulayıb ki, artıq çəkinin əsas səbəbi dadlı yeməklərə üstünlük vermək deyil. Onun fikrincə, əsas məsələ istehlak olunan qidaların kaloriliyini bilmək və qidalanmaya düzgün nəzarət etməkdir.
