Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə ABŞ istehsalı olan “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raket çatışmazlığının yaşandığını bildirib.
Ucnoqta.az xəbər verir ki, Zelenski Brüsseldə keçirdiyi mətbuat konfransında Yaxın Şərqdəki münaqişə səbəbindən PAC-2 və PAC-3 tipli raketlərin böyük hissəsinin bu bölgəyə göndərildiyini deyib.
“Hazırda ciddi çatışmazlıq var. PAC-2 və PAC-3 raketlərinin əksəriyyəti uzun müddətdir Yaxın Şərqə göndərilir. Bu, heç kimə sirr deyil. Bu raketlərin bölüşdürülməsində birinci prioritet biz deyilik”, – deyə Ukrayna Prezidenti bildirib.
Zelenskinin sözlərinə görə, Kiyev raketlərin tədarükü ilə bağlı təkcə ABŞ-la deyil, Avropa tərəfdaşları və digər ölkələrlə də danışıqlar aparır.
O qeyd edib ki, Ukrayna əldə edə bildiyi qədər raket toplamağa çalışır: “Razılaşa bildiyimiz qədər – 2, 5, 10 raket əldə edirik”.
