30
İraqın İran və ABŞ arasında davam edən hərbi münaqişə nəticəsində iqtisadi itkiləri təxminən 60 milyard dollar təşkil edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə İraq Xarici İşlər Nazirliyinin Roma şəhərində İraq və İtaliya arasında keçirilən danışıqların yekunlarına dair yaydığı məlumatda bildirilib.
İraqın xarici işlər naziri Fuad Hüseynin sözlərinə görə, ABŞ və İran arasında davam edən münaqişə ölkə iqtisadiyyatına ciddi zərər vurub. Nazir İraqın itkilərinin təxminən 60 milyard dollar qiymətləndirildiyini qeyd edib.
O, həmçinin İran-ABŞ münaqişəsinin qlobal iqtisadi təhlükəsizliyə mənfi təsir göstərdiyini vurğulayıb və Avropa ölkələrini sülh təşəbbüslərinə fəal dəstək verməyə çağırıb.
