72
Fransada oktyabrın 17-də qiymət artımına qarşı etiraz aksiyaları zamanı baş verən iğtişaşlarda azı 400 nəfər saxlanılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Loran Nünyez mətbuat konfransında bildirib.
Nazir saxlanılanların əksəriyyətinin yetkinlik yaşına çatmış şəxslər olduğunu deyib. O, hüquq-mühafizə orqanlarının hadisə yerində saxlanılmayan şəxsləri də müəyyənləşdirərək məsuliyyətə cəlb edəcəyini vurğulayıb.
Nünyezin sözlərinə görə, açıqlanan rəqəmlər ilkin məlumatlardır.
