22
Biləsuvarda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunda, rayonun Səmədabad kəndi ərazisində qeydə alınıb.
Belə ki, 1986-cı il təvəllüdlü Tacəddin Yusifov idarə etdiyi “Toyota” markalı avtomobili Səmədabad kəndi ərazisində idarəetməni itirərək aşırıb.
Qəza nəticəsində sürücü Tacəddin Yusifov və sərnişin 1966-cı il təvəllüdlü Tovuz Axundova hadisə yerində ölüblər.
Avtomobildə olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar.
Faktla bağlı araşdırma aparılır.
