113
Azərbaycan Misli Premyer Liqasında VIII turun oyunları bu gün davam edəcək.
Ucnoqta.az xəbər verir ki, gün ərzində azarkeşləri iki qarşılaşma gözləyir.
Turun ilk matçında “Qəbələ” doğma meydanda “Sabah”la qarşılaşacaq. Günün ən diqqətçəkən görüşündə isə əzəli rəqiblər “Qarabağ” və “Neftçi” üz-üzə gələcəklər.
Qeyd edək ki, VIII tura oktyabrın 18-də keçiriləcək daha iki oyunla yekun vurulacaq.
Misli Premyer Liqası
VIII tur
17 oktyabr
16:00 — “Qəbələ” – “Sabah”
19:00 — “Qarabağ” – “Neftçi”
