37
Yəmənin üçüncü böyük şəhəri Təiz bir neçə gündür husilərin mühasirəsindədir. Şəhərə əsas təchizat yolları bağlanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti yerli sakinlərə istinadən məlumat yayıb.
Sakinlərin sözlərinə görə, döyüşlər səbəbindən əhali təhlükəsiz ərazilərə təxliyə oluna bilməyib. Hazırda şəhərə yalnız cənubdan az sayda avtomobil və yük maşını daxil olur.
Blokada nəticəsində yanacağın qiyməti kəskin artıb, bir çox sürücü işini itirib. Sakinlər isə döyüşlərin istənilən an şəhərə yayıla biləcəyindən narahatdırlar.
