55
Londonun ICE birjasında “Brent” markalı neftin dekabr fyuçerslərinin qiyməti sentyabrın 15-dən bəri ilk dəfə bir barel üçün 109 dolları ötüb.
Ucnoqta.az xəbər verir ki, birja məlumatlarına görə, Bakı vaxtı ilə saat 20:34-də “Brent” neftinin qiyməti 3,19% artaraq 109,3 dollar təşkil edib.
Eyni zamanda, noyabrda tədarük ediləcək “WTI” markalı neftin fyuçerslərinin qiyməti 2,07% artaraq 98,50 dollara yüksəlib.
