122
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın hava hücumundan müdafiə qüvvələri Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” (husilər) hərəkatının buraxdığı üç raket və üç pilotsuz uçuş aparatını (PUA) ələ keçirərək məhv edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə koalisiyanın rəsmi nümayəndəsi Türki əl-Maliki məlumat verib.
Onun sözlərinə görə, son bir neçə saat ərzində Səudiyyə Ərəbistanının qərbində yerləşən Yanbu liman şəhəri istiqamətində buraxılan bir ballistik raket zərərsizləşdirilib.
Əl-Maliki bildirib ki, koalisiyanın hava hücumundan müdafiə qüvvələri Qırmızı dəniz üzərində daha iki qanadlı raketi də ələ keçirib.
Bundan əlavə, ölkənin cənub bölgəsində və Ər-Riyad ətrafında üç pilotsuz uçuş aparatı məhv edilib.
