34
Yəmən sahillərində mayeləşdirilmiş təbii qaz daşıyan tankerə kiçik qayıqdan atəş açılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.
Məlumata görə, hadisə Yəmənin Əl-Mükəlla şəhərindən 140 dəniz mili cənub-şərqdə baş verib. Tankerin kapitanı bildirib ki, göyərtəsində yeddi nəfərin olduğu kiçik qayıq gəmiyə yaxınlaşıb və oradan tankere iki dəfə atəş açılıb.
Tankerdəki silahlı mühafizə qrupu cavab olaraq iki xəbərdarlıq atəşi açıb. Bundan sonra qayıq istiqamətini dəyişərək uzaqlaşıb.
Hadisə ilə bağlı gəminin adı və qeydiyyatda olduğu liman açıqlanmayıb.
