30
ABŞ-ın Kaliforniya ştatında baş verən meşə yanğınları yaşayış məntəqələrinə yayılıb. Alov nəticəsində evlərə ziyan dəyib, xəsarət alanlar var.
Ucnoqta.az xəbər verir ki, oktyabrın 16-da New York Post qəzeti yerli yanğınsöndürmə xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, Kaliforniyanın cənubundakı Orinc dairəsində baş verən yanğın cəmi üç saat ərzində təxminən 188 hektar əraziyə yayılıb. Ən azı altı yaşayış evi zədələnib və ya tamamilə yanıb.
Yanğın səbəbindən yaxınlıqdakı ərazilərin sakinlərinin təxliyəsinə başlanılıb. Yanğınsöndürənlər alovun yayılmasının qarşısını həm qurudan, həm də havadan almağa çalışırlar.
Lakin güclü və isti Santa-Ana küləkləri yanğının söndürülməsini çətinləşdirir.
