Litvada naməlum pilotsuz uçuş aparatının (PUA) aşkarlanması səbəbindən hava həyəcanı elan edilib, NATO qırıcıları havaya qaldırılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Litvanın Milli Böhranların İdarə Edilməsi Mərkəzinin rəhbəri Vilmantas Vitkauskas LRT milli radiosunun efirində məlumat verib.
Onun sözlərinə görə, Kaunas, Panevejis və Şyaulyay dairələrində hava həyəcanı elan olunub.
Vitkauskas bildirib ki, Litvanın Zoknyay aviabazasında yerləşən NATO qırıcıları havaya qaldırılıb. Onlar radarlarda naməlum obyekti qeydə alıblar.
Hadisə ilə əlaqədar Kaunas Beynəlxalq Hava Limanının fəaliyyəti də müvəqqəti dayandırılıb.
Təxminən bir saat sonra hava həyəcanı ləğv edilib. Litva rəsmilərinin məlumatına görə, naməlum obyekt Latviya istiqamətində hərəkət edib.
