İsrail polisi İordan çayının qərb sahilində avropalı diplomatlara hücumla bağlı araşdırmaya başlayıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu “X” hesabında paylaşım edib.
O bildirib ki, hadisənin təfərrüatları araşdırılır və təqsirkarlar müəyyənləşdiriləcək. Netanyahu ittihamlarla bağlı nəticə çıxarmaq üçün sübutların gözlənilməsinin vacibliyini vurğulayıb.
Baş nazirin sözlərinə görə, diplomatlar İsrail ordusu ilə razılaşdırmadan tez-tez toqquşmaların baş verdiyi əraziyə daxil olublar. O, nümayəndə heyətində əvvəllər bələdiyyə binasına Fələstin bayrağı asmış Fransa Kommunist Partiyasından olan mer Bernar Bodunun da olduğunu qeyd edib.
Netanyahu diplomatlara qarşı istənilən zorakılığın qəbuledilməz olduğunu bildirib.
