Fransanın sağçı “Milli Birlik” partiyasının lideri Jordan Bardella oktyabrın 17-də ölkədə baş verən iğtişaşlara görə Prezident Emmanuel Makronun istefasını tələb edib.
Ucnoqta.az xəbər verir ki, Bardella bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
“Bu axşam Makronun üzr istəyərək istefa verməsini gözləyirəm”, – deyə o bildirib.
Bardella ölkədə baş verənləri Fransa üçün “alçaldıcı hadisə” adlandırıb.
“Biz onilliklər ərzindəki laqeydliyin, hakimiyyət nüfuzunun itirilməsinin, daxili təhlükəsizlik qüvvələrinin mənəvi və maddi baxımdan zəifləməsinin bədəlini ödəyirik. Artıq ayılmaq və düzgün siyasi seçim etmək lazımdır”, – deyə partiya lideri vurğulayıb.
Qeyd edək ki, “Milli Birlik” partiyasının parlament fraksiyasına Marin Le Pen rəhbərlik edir.
