74
Yəmənin şərqində yerləşən Şəbva əyalətində hökumət qüvvələrinə məxsus hərbi düşərgəyə husilərin raket hücumu nəticəsində azı 40 nəfər həlak olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Al Mashhad” xəbər portalı məlumat yayıb.
Yerli mənbələrin məlumatına görə, ballistik raketlərlə hücumun hədəfi “Əl-Alam” təlim düşərgəsi olub. Hücum zamanı ərazidə yeni yaradılmış çevik reaksiya batalyonunun hərbi təlimləri keçirilirmiş.
Hadisə ilə bağlı əlavə məlumat verilməyib.
