38
Avropada təbii qazın spot qiyməti 2022-ci ilin dekabrından bəri ilk dəfə olaraq 1 000 kubmetr üçün 1 050 dolları ötüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə TASS-ın Avropanın əsas qaz ticarəti mərkəzlərinin məlumatları əsasında apardığı təhlildə bildirilib.
Məlumata görə, Niderlanddakı TTF habında qazın bir gün əvvəldən tədarük qiyməti 1 000 kubmetr üçün 1 052 dollara, yaxud 1 MVt/saat üçün 90,75 avroya yüksəlib.
Noyabr fyuçerslərinin qiyməti isə 1 000 kubmetr üçün təxminən 1 042 dollar, 1 MVt/saat üçün 89,83 avro təşkil edib.
