Macarıstanın baş naziri Peter Madyar keçmiş baş nazir Viktor Orbanı dövlət çevrilişinə hazırlaşmaqda ittiham edib və onun barəsində cinayət təqibinə başlanıla biləcəyini bildirib.
Ucnoqta.az xəbər verir ki, Madyar bu barədə “Facebook” sosial şəbəkəsindəki paylaşımında yazıb.
“Bu gün Viktor Orban silahlı üsyan və konstitusiya quruluşunun zorla dəyişdirilməsi barədə gülərək danışıb. Bu, dövlətə qarşı törədilən ən ağır cinayətlərdən biridir”, – deyə Madyar qeyd edib.
O, həmçinin Macarıstanın Cinayət Məcəlləsinə əsasən, belə əməllərə görə ömürlük həbs cəzasının nəzərdə tutulduğunu vurğulayıb.
Madyar paylaşımına Orbanın rəhbərlik etdiyi “FİDES – Macarıstan Vətəndaş Birliyi” partiyasının fəalları ilə Lakitelek şəhərində keçirilən görüşün videosunu da əlavə edib.
Əvvəllər elan edilmiş “milli müqavimət” barədə suala cavab verən Orban ölkənin hələ buna hazır olmadığını, baxmayaraq ki, FİDES-in müvafiq “alətləri paylaya” biləcəyini bildirib.
“Kimə nə veriləcəyi – daha küt və ya daha iti bir şey olması o qədər də vacib deyil”, – deyə keçmiş baş nazir istehza ilə əlavə edib.
