46
İsrailin Təl-Əviv şəhərindən Vyanaya uçan “Austrian Airlines” aviaşirkətinə məxsus təyyarə göyərtəsində bomba olması şübhəsi ilə Bolqarıstanda təcili eniş edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə İsrailin dövlət teleradio şirkəti Kan məlumat yayıb.
Hadisə nəticəsində xəsarət alanların olub-olmadığı barədə məlumat verilməyib. Hazırda xüsusi xidmət orqanları insidentin başvermə şəraitini araşdırır.
