Polşada Ukrayna istiqamətindən gəldiyi ehtimal olunan naməlum uçan obyektin axtarışına başlanılıb.
Ucnoqta.az xəbər verir ki, Lublin sakinlərinin səmada naməlum obyektin uçuş səsini eşitdikləri barədə məlumat verməsindən sonra polis və hərbçilər birgə axtarış əməliyyatı keçirirlər.
Bu barədə “Fakt” nəşri məlumat yayıb.
Regional polis rəisinin mətbuat katibi Anna Kamolanın sözlərinə görə, hadisə zamanı partlayış və ya güclü zərbə səsi eşidilməyib. Həmçinin dağıntılar və binalara ziyan dəyməsi barədə məlumat daxil olmayıb. Sakinlər yalnız uçan obyektin yaratdığı güclü səsi eşidiblər.
Nəşrin məlumatına görə, obyektlə bağlı ilk məlumatlar Ukrayna sərhədinin yaxınlığında yerləşən Okuninka kəndindən daxil olub.
Hərbçilər indiyədək obyekti aşkarlaya bilməyiblər. Polşa Müdafiə Nazirliyi vətəndaşları ehtimal olunan qalıqları aşkar etdikləri təqdirdə müvafiq xidmətlərə məlumat verməyə çağırıb.
