31
İspaniyada leysan yağışları ilə müşayiət olunan əlverişsiz hava şəraiti nəticəsində azı üç nəfər həyatını itirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “El País” qəzeti məlumat yayıb.
Məlumata görə, sonuncu qurban Valensiya muxtar bölgəsində yaşayan 79 yaşlı qadın olub.
Bundan başqa, əlverişsiz hava şəraiti Kataloniya və Balear adalarında da ciddi fəsadlara səbəb olub.
