Portuqaliyanın sabiq baş naziri Joze Sokrateş çirkli pulların yuyulması ilə bağlı üç epizod üzrə məhkəmə qarşısına çıxacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.
Məlumata görə, 69 yaşlı keçmiş hökumət başçısı Lissabon Mərkəzi Cinayət Məhkəməsində sahibkar Karlos Santuş Silva ilə birlikdə mühakimə olunacaq. Prokurorluq sahibkarı Sokrateşin ehtimal olunan vasitəçilərindən biri hesab edir.
İş üzrə 2027-ci ilin aprelinədək davam edəcək 46 məhkəmə iclasının keçirilməsi planlaşdırılır.
İttiham tərəfinin versiyasına görə, 2011–2014-cü illərdə Sokrateş Santuş Silva və onun ətrafı ilə əlaqəli bank hesabları vasitəsilə qanunsuz mənşəli vəsaitlər əldə edib. Ehtimal olunur ki, bu əməliyyatlar pulların mənbəyini gizlətməyə xidmət edib.
İttihamları rədd edən keçmiş siyasətçi məhkəmə prosesini absurd adlandırıb.
Joze Sokrateş 2005–2011-ci illərdə Portuqaliyanın baş naziri olub. O, ölkədə dövlət borcu böhranının dərinləşdiyi və Portuqaliyanın beynəlxalq maliyyə yardımı üçün müraciət etməsindən az əvvəl vəzifəsindən istefa verib.
