Ukrayna Rusiyanın canlı qüvvə itkilərini açıqlayıb
Ucnoqta.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Rusiyanın müharibədəki canlı qüvvə itkiləri oktyabrın 22-si səhər saatlarına olan məlumata əsasən, 1 milyon 572 min 790 nəfərə çatıb.
Bildirilib ki, son sutka ərzində Rusiya ordusunun 2 250 hərbçisi zərərsizləşdirilib.
Həmçinin qeyd olunan dövrdə Rusiya ordusunun 3 tankı, 8 zirehli döyüş maşını, 44 artilleriya sistemi, 1 reaktiv yaylım atəşi sistemi və 3 hava hücumundan müdafiə vasitəsi sıradan çıxarılıb.
Ukrayna tərəfinin məlumatına əsasən, müharibə başlayandan bəri Rusiyanın itkiləri aşağıdakı kimi olub:
Tanklar – 12 439;
Zirehli döyüş maşınları – 25 594;
Artilleriya sistemləri – 51 447;
Reaktiv yaylım atəşi sistemləri – 2 229;
Hava hücumundan müdafiə vasitələri – 1 719;
Təyyarələr – 449;
Helikopterlər – 356;
Operativ-taktiki səviyyəli PUA-lar – 575 142;
Qanadlı raketlər – 5 138;
Gəmilər və katerlər – 35;
Sualtı qayıqlar – 2;
Avtomobil və yanacaqdaşıyan maşınlar – 165 641;
Xüsusi texnika – 4 846.
